AZ

Azərbaycanın nəzarətinə bunlar keçdi: İki ev, torpaq, stansiya...

Bu gün Günən (Kirants) kəndinin sakinləri delimitasiya komissiyasının kəndin torpaqlarının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı qərarı fonunda Ermənistandan Gürcüstana gedən dövlətlərarası avtomobil yolunun bağladıqları hissəsini açıblar. 

“Cebhe.info”-nun məlumatına görə, kənd sakinlərindən birinin açıqlamasına görə, bu qərar Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan ilə səhər görüşündən sonra verilib:

“Dünən polisin post qurduğu kəndə gedən yol da açıqdır. Qubernator səhər saatlarında Kirants məktəbində bir qrup kişi kənd sakini ilə görüşüb”.

Görüşdə iştirak edən sakinlər bildiriblər ki, hakimiyyətin mövqeyi dəyişməyib. Görüş heç bir nəticə verməyib və delimitasiya aparılmalıdır. 

“Qubernator heç nəyin dəyişməyəcəyini dedi. Yəni, iki ev, torpaq sahəsi, ötən il tikilmiş 100 milyon dram (təxminən 259 min dollar) dəyərində nasos stansiyası Azərbaycanın nəzarətinə keçir”, - deyə sakin bildirib.

O izah edib ki, qubernator onları sakitləşdirməyə çalışıb, sərhəddə divar çəkiləcəyini və dəymiş ziyanın ödəniləcəyini bildirib.

Lakin kənd sakinləri Zəngəzur vilayətindəki Şurnux kəndi ilə bənzətmə apararaq, bu açıqlamalara inamsız yanaşırlar.

Onlasr hesab edir ki, Şurnuxda son 4 ildə vədlərə baxmayaraq, insanlara ev verilmir.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib.

Nəticədə, bir sıra yaşayış məntəqələri arasında 1976-cı ilin xəritələri əsasında sərhədin delimitasiyasına dair protokol imzalanıb.

Qəbul edilən qərarla Kirantsda iki ev və yerli sakinlərin istifadəsində olan 57 torpaq sahəsi Azərbaycana verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
cebheinfo.az

10Mənbələr