AZ

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mersedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, Tofiq Həsənov Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi olub.
 
Universitetdən bildirilib ki, Tofiq Həsənov universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
336
20
moderator.az

10Mənbələr