AZ

Çində dəvələr üçün işıqforlar quraşdırıldı - FOTO

Çinin Kumtaq səhrasında dəvələr üçün işıqforlar quraşdırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

İşıqforlar tıxacların qarşısını almaq üçün lazımdır ki, bu da səhrada dəvə gəzintilərinin geniş yayılması ilə bağlıdır: "Ölkədə 5 gün davam edən may bayramlarında Kumtağa çoxlu turistlər gəlir. Keçmişdə bu yer Böyük İpək Yolunun Çinə açılan qapısı olub. Ötən il turistlər üçün 2,4 min dəvə ayrılıb. Bu il rekord qırılıb. Tıxacların turizmə böyük maneə törətdiyini nəzərə alan yerli hakimiyyət orqanları işıqforların quraşdırılmasına qərar verib".

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
unikal.az

10Mənbələr