Media: TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
TikTok istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini sınaqdan keçirir.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Platformanın sahibi olan “ByteDance” şirkəti izah edib ki, indi uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması TikTok-da yeni məzmun növünün - televiziya şoularının tam epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.
Şirkət yeniliyin istifadəçilərə nə vaxt təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.
Mənbə: AZƏRTAC