AZ

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Alimlərimizin rifahının artırılması çox vacib məsələdir.

Trend xəbər verir ki, bunu qurumun rəsmisaytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinindirektoru Ülkər Səttarova deyib.

"Həqiqətən də, buna diqqət edilməli, yeni maliyyə mexanizmləriişlənməlidir. Biz də bu istiqamət üzrə müəyyən təhlillər apararaq,təkliflər hazırlamışıq. Düşünürəm ki, məsələyə kompleks şəkildəbaxılanda daha düzgün addımlar atılacaq. Həm optimallaşdırılma, həmmaddi motivasiya mexanizmləri, həm də birgə əməkdaşlıqla bağlıproblemlərə kompleks şəkildə baxılıb, düzgün həll yollarıtapılacaq", - o qeyd edib.

Direktor vurğulayıb ki, alimlərimizin böyük əksəriyyəti gənclikilləri sovet hökuməti vaxtında keçən adamlardır:

"Beləliklə, onlar üçün elmin dili əsasən, rus dili olub. Söhbətdəqiq və təbiət elmlərindən gedir. Lakin hazırda aparılan elmiaktivliyin ölçülməsi yalnız ingilis dilində nəşr olunanədəbiyyatların üzərində qurulub. İndi bizim yaşlı nəslin ingilisdilini bilməməsi və ya aşağı səviyyədə bilmələri yaxşı məqalələrhazırlamalarına mane olur. Orta nəsildə bu problem daha azdır. Ammayenə də var.

Bu baxımdan maddi məsələ deyəndə təkcə alimə əməkhaqqıverilməsindən danışmamalıyıq. Məsələn, ana dili ingilis diliolmayan birinin yazdığı məqalənin üzərində çalışmaq lazımdır ki,həmin məqalə elmmetrik bazalarda yerləşdirilən məqalələrin ingilisdili səviyyəsində olsun. Bu xidmət pulludur.

Bu kimi xidmətlərin də təmin olunması üçün alimə vəsaitlazımdır. Digər tərəfdən alimlərimizin məqalələrinin açıq girişdəolması üçün də müəyyən ödəniş tələb edilir. Yaxşı jurnal hansısaməqaləni çap etdirmək üçün pul istəmir, amma bu kimi xidmətləringeniş ictimaiyyətə çatdırılması ödənişlidir və belə olması danormaldır. Hədəfimiz odur ki, bu kimi xidmətləri alimlərimiz üçünəlçatan edək".

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
6
az.trend.az

8Mənbələr