![Polis](https://ulusum.az/uploads/posts/2024-05/75736de269_1657861353_polis-1.webp)
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Ulusum.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən polisin görüntüsünü təqdim edirik:
![Polis](https://ulusum.az/uploads/posts/2024-05/4f524ef0b1_1500238_0.webp)