AZ

Fırtınada 4 nəfər ölüb

 ABŞ-nin Texas ştatında güclü yağış və tufan nəticəsində 4 nəfər ölüb, bir milyondan çox insan işıqsız qalıb.

"Cebhe.info" xəbər verir ki, ABŞ mediası Hyuston şəhərində hündürmərtəbəli binaların şüşələrinin sındırıldığını, ağacların aşdığını və elektrik ötürücü xətlərin zədələnməsi nəticəsində bir milyondan çox insanın işıqsız qaldığını bildirib.

 Hyuston Bələdiyyə Başçısı Con Vitmayr mətbuat konfransında verdiyi açıqlamada şiddətli fırtınada ən az 4 nəfərin həyatını itirdiyini deyib: "Bir ağac 2 nəfərin üzərinə düşdü. Kran aşması nəticəsində bir nəfər öldü. Dördüncü şəxsin ölüm səbəbi məlum deyil”. 

 Şəhərin mərkəzində xaos olduğunu izah edən Vitmayr  sakinləri evdə qalmağa çağırıb.

 Hyustonda məktəblərin bu gün təhsili dayandırdığı və daşqın təhlükəsi ilə bağlı narahatlıqların olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr