AZ

Ekspert neqativ hallları sadalayır: "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi niyə qaçır?" - "Ciddi çatışmazlıqlar var"

“Bildiyiniz kimi, ölkə Prezidentinin 24 iyul 2023-cü il fərmanı ilə, Elm və Təhsil Nazirliyinin struktru yenidən müəyyən olunub. Belə ki, Nazirlik Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Elm və Ali Təhsil Agentliyi, Peşə Təhsili Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmaqla 4 agentliyə ayrılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təyinatlar noyabr ayında verildi. Artıq 6 aydır, bu Agentlik sözdə fəaliyyət göstərir. Nədənsə fəaliyyəti hiss olunmur. Təbii ki, fəaliyyəti varsa... 

Əslində, bu agentliklərin yaradılması təhsil sahəsində vəzifə bölgüsünün aparılması, struktrun müəyyənləşdirilməsi, dövlət tənzimləmə mexanizminin işə salınması ilə bağlıdır. Çox təəssüf ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 6 aylıq fəaliyyəti ilə bağlı yaddaqalan heç nə yoxdur. Bu Agentliyin işi ancaq imtahan keçirməkdir. Necə ki əvvəl bunu Elm və Təhsil Nazirliyi edirdi...”.

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanları sadalayıb: “Bildiyiniz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliy lisey və gimnaziyalardan başqa, 12 regional təhsil idarəsinə, Bakı Şəhər Təhsil İdarəsinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə bölünür. Yəni Agentliyin tabeliyində 14 qurum var. Hər qurum ayrı-ayrılıqda laborant, kitabxanaçı, uşaq birliyi rəhbərliyi, çağırışaqədər hazırlıq rəhbərliyi və psixoloq imtahanı keçirir. Bu isə 70 imtahan edir. Bir də təsərrüfat işləri üzrə direktorların, təşkilatçı müavinlərin, tədris işləri üzrə direktor müavinlərinin işə qəbul imtahanı var. Bu da etdi 42. Ümumilikdə, 112 imtahan. 

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
mia.az

4Mənbələr