AZ

Liftdə köməksiz qalan 3 azyaşlı xilas edildi - VİDEO

 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıblar. 

"Unikal" xəbər verir ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaşlar liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan 3-ü azyaşlı olmaqla 5 nəfər sakini xilas ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
41
unikal.az

10Mənbələr