AZ

Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi (FOTO)

Bakı. Trend:

15-16 May tarixlərində Ziraat Bank Azərbaycanın da tərəfdaş vəiştirakçı olduğu, Azərbaycan Banklar Assosiasiyası, AzərbaycanRespublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasınındəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və MaliyyəEkosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex vəTəhlükəsizlik” mövzusunda tədbir baş tutub.

İki gün ərzində davam edən bu tədbirdə bir çox yerli vəbeynəlxalq maliyyə qurumlarının rəhbərləri və müxtəlif səlahiyyətlinümayəndələri bir araya gələrək maliyyə və bank sektorunda başverən ən son innovativ həlləri, təkmilləşdirilmiş maliyyəistiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir vətəcrübə mübadiləsi aparıblar.

Bank hər il təşkil olunan nüfuzlu beynəlxalq tədbirdə iştirakıvə tərəfdaşlığına görə Azərbaycan Banklar Assosiasiyası tərəfindəntəşəkkürnamə ilə təltif edilib.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus,160illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkibhissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindənverilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıqsahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış vəxidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısanömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ziraat
Ziraat
Ziraat
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
10
az.trend.az

8Mənbələr