AZ

Çayın orta ixrac qiyməti 4% artıb - GƏLİRLƏR 5% AZALIB

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyon 34 min dollar dəyərində 220 ton çay ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 109 min dollar və ya 5%, miqdar ifadəsilə 20 ton və ya 8% aşağı düşüb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 2 milyon 143 min dollar dəyərində 240 ton çay ixrac olunmuşdu.

1 kq çayın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 15,72 manata başa gəlib ki, bu da illik müqayisədə 0,54 manat (4%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə çayın orta ixrac qiyməti  15,12 manata başa gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
7
fed.az

10Mənbələr