AZ

Yasamalda sakinlərlə növbəti görüş - Fotolar

Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 52 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib.

Yasamal rayonunun sakinləri şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, mülkiyyət çıxarışının alınması, binadakı köhnə liftlərin yeniləri ilə əvəzlənməsi, əlillərin mənzil ilə təminatı, ailə üzvləri arasında mülk mübahisələrinin həlli, fərdi ev damlarının təmiri, mənzillərin su təchizatı və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib.

İcra başçısı, həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
3
qafqazinfo.az

10Mənbələr