AZ

SON DƏQİQƏ - Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"

SON DƏQİQƏ - Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"

Demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın və Azərbaycanın harda olduğunu bilirik. Bu xəritələrə görə Ermənistan-Azərbaycan sərhədi tam mövcuddur.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Qazax-Tavuş (Tovuzqala) istiqamətində demarkasiya və 4 anklav olmayan kəndin Azərbaycana qaytarılması haqda danışarkən deyib.

Qriqoryan "Azərbaycan fikrini dəyişsə, nə olacaq" sualına belə cavab verib:

"Beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə irəli getmək olar".

O, 25 hektar ətrafında gedən söhbətlərə də münasibət bildirib və qeyd edib ki, əvvəl bu ərazidə əsgərlər xidmət edirdi, sərhədçilər o əraziyə yerləşəndən sonra sözügedən torpaqlar kənd təsərrüfatı üçün istifadə ediləcək.

"Ümumilikdə Bağanis, Voskepar və Berkaberdə heç bir problem yoxdur, lakin Kirantsda müəyyən problemlər yaranıb. 1976-cı ilin xəritəsinə görə, Ermənistan ərazisinə düşməyən 4 obyekt var. Bu obyektlərdən biri ev, digəri kiçik ev, növbətisi mağaza, digəri qarajdır. Bütün bu problemlər hökumətə ünvanlanıb. Bunları həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik (Gürcüstana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçir – red.). Bu proseslə biz daha çox təhlükəsizlik təminatları yaradırıq", - Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, qaz kəməri baxımından da heç bir problem yoxdur. (Axar.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
sonxeber.az

10Mənbələr