AZ

Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir

Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir. Mərkəzi dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən tam gücü ilə fəaliyyətə başlaması istiqamətində işlərimizi davam etdiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında ifadə edib.

İki dost ölkə olaraq məhsuldar görüş keçirdiklərini bildirən Ərdoğan ölkələr arasındakı münasibətlərlə yanaşı, beynəlxalq və regional məsələlər, eləcə də bölgəmizdəki son hadisələr ətrafında fikir mübadiləsi apardıqlarını deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
1
yeniazerbaycan.com

5Mənbələr