AZ

Hizbullah İsrailə rekord sayda raket atıb

Hizbullah partiyasının silahlı qüvvələri 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və bir neçə dəfə Qolan təpələrindəki hərbi hədəflərə hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.

Məlumata görə, Hizbullah döyüşçüləri İsrailin şimalındakı sərhəd bölgələrinə rekord sayda - 200-dən çox raket atıblar. Yeni tipli pilotsuz uçuş aparatları və iri çaplı raketlərdən istifadə edilib.

Günorta saatlarında İsrailin Adamit, Liman, Mitsuva, Roş Hanikra, Hanita, Şlomi və Yaara qəsəbələrində hava hücumu sirenləri səslənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
6
operativmedia.az

7Mənbələr