AZ

Lukaşenko Azərbaycanda: Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb - Bəyanat (FOTOLAR) - Yenilənib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

Mia.az xəbər verir ki, onu Bakıda Baş nazirin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.

Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təkbətək görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

X X X

Prezident Aleksandr Lukaşenko dedi:

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə mayın 16-da Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az AZərtac-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

x x x

Prezident Aleksandr Lukaşenkonun

bəyanatı

Prezident İlham Əliyev: Sağ olun.

Prezident Aleksandr Lukaşenko: Noyabrda Sizin ölkəyə gələcəyəm, müzakirə edərik, Siz də Belarusa səfər edəcəksiniz. Bir-birimizin ölkəsinə tez-tez səfər etməyimizə baxmayaraq, danışdığımız kimi, Sizin bizim ölkəyə səfərinizi hazırlayacaq Baş nazirinizi respublikamızda görməyə şad olacağıq. Ən başlıcası isə dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız. Sizə xoşbəxtlik və uğur arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
3
mia.az

10Mənbələr