AZ

Andrade üçün “Qarabağ”a 5 təklif

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.

İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. “Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L. Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.

25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Leandro Andrade “Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
270
8
msport.az

10Mənbələr