AZ

Sarı xəbərdarlıq: sabah güclü külək olacaq

Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb
Sabah güclü külək olacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Sumqayıt, Abşeron, Salyan, Neftçala, Mingəçevir, Yevlax, Gəncə, Göygül, Goranboy, Samux və Şəmkirdə gözlənilir.
Qeyd edək ki, ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq artıq rəng şkalası ilə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
304
11
ayna.az

10Mənbələr