AZ

Qorxulu Virus: Hamilə qadınlar və yaşlılarda daha çox inkişaf edir -AÇIQLAMA

İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.
Nəşrin yazdığına görə, "Rocahepevirus ratti" virusu (RHEV) ilk dəfə  2010-cu ildə Almaniyada aşkar edilib. İnsanların sözügedən virusa yoluxmayacağına inanılıb. Bununla belə, 2018-ci ildə Hepatit E virusuna yoluxmuş ilk şəxs müəyyən edilib.
“Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu hal da virusun ölkənin böyük bir hissəsində mövcud olduğunu göstərir. 40 yoluxma 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili ilə müəyyən edilib ", -  Kordobanın Maimonides Biotibbi Tədqiqat İnstitutunda (Imibic) hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Juarez bildirib.

Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. Bir fərziyyə insanların daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa biləcəyidir.
Əvvəllər “Journal of Medical Virology” Hepatit E virusunun ilk dəfə Koreya Pasyuklarında aşkar edildiyini yazıb.                   

Infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, hepatit E yeni virus növü deyil:                
                  
"Bu hepatit virusunun bir qrupudur. İnsana siçovuldan keçmə ehtimalı var. Lakin bu xəstəlik daha çox insandan insana keçir. Əsasən, bağırsaq infeksiyası törədir. Əlləri çirkli saxladıqda xəstəliyə yoluxma riski var. Siçovulların nəcisi ilə çirklənmiş qida və suyu istifadə etdikdə xəstəliyin keçmə şans artır. Virusun ünyaya yayılma riski isə azdır. Yəni, koronovirus və qızılca kimi hava damcı yolu ilə yoluxmur. Bunu lokal xəstəlik kimi xarakterizə etmək olar. Həmçinin,bu immun sistemi zəif olan şəxslərdə xüsusi ilə hamilə qadınlar və yaşlılarda daha çox inkişaf edir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
10
sherg.az

10Mənbələr