AZ

Yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparılıbFOTO

Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanının mayın 13-də püskürməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Orxan Abbasov, Elnur Baloğlanov və Elmar Səmədov adıçəkilən vulkanda tədqiqat işləri aparıblar.

İnstitutdan Xezerxeber.az-a bildirilib ki, ilkin araşdırmalar nəticəsində kifayət qədər aktiv olan və mütləq hündürlüyü 305 metr təşkil edən palçıq vulkanının 12-ci dəfə qeydə alınan püskürməsinin daha zəif olduğu aşkarlanıb. Əməkdaşların qiymətləndirmələrinə görə, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxan palçıq 0,7 hektar ərazini örtüb. Orta qalınlığı 0,7 metr olan palçıq örtüyünün həcmi isə 5 min kubmetrdir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə azı 4 dəfə kiçik göstəricidir.

Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100 metr məsafədə yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örtüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.

Tədqiqat çərçivəsində Palçıq vulkanizmi şöbəsinin əməkdaşları püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli litotiplərdən ibarət süxur nümunələrini də toplayıblar. Hazırda həmin nümunələrin mineraloji və geokimyəvi analizlərinin aparılması üçün vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.

  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
  • Yeni
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
304
19
xezerxeber.az

10Mənbələr