Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, müvafiq ixtisas qruplarının hər biri üzrə qəbul aparılacaq:
![](https://cdn.demokrat.az/uploadedfiles/custom/2022/8/13/1/ff69675d-2670-411d-a75a-734653e3bdfb/elcin-efendi.jpg)
“Sadəcə ixtisas fərqliliyi var. Gələcəkdə müəyyən ixtisasların, xüsusən də tibb ixtisaslarının əlavə olunmasına ehtiyac var. Hazırda dördüncü ixtisas qrupundan yalnız psixologiya ixtisası yer alır. Halbuki gələcəkdə burada biotexnologiya ixtisası da açılmalıdır. Çünki o ərazilərdə yaşayan vətəndaşların həmin universitetdə təhsil almaq istəyi var. Qarabağ Universitetində çox sayda ixtisas olarsa, yaxın ərazilərdə yaşayan vətəndaşlar da məhz orada təhsil almaqda maraqlı olacaqlar. İnformasiya təhlükəsizliyi ixtisasının olması da vacibdir. Eyni zamanda ikinci ixtisas qrupunda beynəlxalq ticarət, logistika, marketinq və turizm ixtisasları var. Bununla yanaşı tarix və coğrafiya müəllimliyi ixtisaslarının olması da lazımdır. Əlavə ixtisasların açılmağının bir o qədər tərəfdarı deyiləm”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.