AZ

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub. Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi. Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçdi. Daha sonra dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
49
bizimyol.info

10Mənbələr