AZ

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib-FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən “İki sahil”ə verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
ikisahil.az

9Mənbələr