AZ

Nazir onu vəzifəsindən azad etdi – FOTO

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.

Doğru.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.

İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Akşin Ziyadov 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub. Həmin təyinatadək isə Nizami rayon prokuroru vəzifəsində çalışıb.

Xatırladaq ki, Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur.

DOĞRU.AZ

image-41808_up3tctbb4h

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
49
dogru.az

10Mənbələr