AZ

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Qazaxıstanda keçirilən 1-ci Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, türkdilli ölkələrin tələbələrinin qatıldığı festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə festivala göndərilən azərbaycanlı rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri “Ən yaxşı müəllif filmi” və “Ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
5
kulis.az

6Mənbələr