AZ

Netanyahu: "İsrail ABŞ-ın köməyi olmadan da Qəzzada qalib gələ bilər"

"İsrail Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatı ilə münaqişədə ABŞ-ın köməyi olmadan da qalib gələ biləcək". Bizimyol.info xəbər verir ki, bu fikri Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu "CNBC" telekanalına müsahibəsində bildirib. Hökumət başçısına, “İsrailin Amerikanın dəstəyi olmadan bu döyüşdə qalib gələ biləcəyini” soruşdular: "Mən bu suala bəli deyə cavab verirəm. Biz Amerikanın dəstəyini yüksək qiymətləndiririk və müttəfiqimizdən həmişəki kimi dəstək istəyirik. Lakin onların bunu edib-etməyəcəyindən aslı olmayaraq biz qalib olmalıyıq, çünki başqa seçimimiz yoxdur", - deyə Netanyahu qeyd edib. "Axios" portalının daha əvvəl xəbər verdiyi kimi, İsrailin baş naziri mayın 9-da hərbi kabinetin iclasında yəhudi dövlətinin ABŞ-ın vassalı olmadığını vurğulayıb. Bu, Amerika prezidenti Co Baydenin Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat olacağı təqdirdə ABŞ-ın İsrailə silah tədarükünü dayandıracağını deməsindən sonra baş verib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
41
bizimyol.info

10Mənbələr