AZ

Netanyahu bunu “faciəli hadisə” adlandırdı

İsrailin baş naziri Binyamin Netanyahu, Fələstinlilərin məskunlaşdığı çadır düşərgəsinin yaxınlığındakı Rəfahdakı hava hücumunu “faciəli hadisə” adlandırıb.

Adalet.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

Siyasətçi bildirib ki, HƏMAS-a təzyiq etmək lazımdır  və bunu İsrail edir.

“Rəfəhdə bir milyon qeyri-döyüş sakinini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi. Biz halları araşdırıb nəticə çıxarırıq. Bizim üçün döyüşlərdə iştirak etməyən hər qurban faciədir, HƏMAS üçün bu, strategiyadır”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Rəfahın şimal-qərbindəki köçkün düşərgəsinə endirdiyi zərbədən sonra çoxlu itki və yaralıların olduğunu bildirib.

Seçilən
105
41
adalet.az

10Mənbələr