Bakı, 16 may, AZƏRTAC
İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Çelsi" səfərdə "Brayton"la qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Kol Palmer və Kristofer Nkunku, meydan sahiblərindən isə Denni Uelbek fərqlənib.
Digər matçda "Mançester Yunayted" doğma meydanda "Nyukasl"ı 3:2 hesabı ilə məğlub edib.
Hazırda "Çelsi" 60 xalla altıncı, "Mançester Yunayted" isə 57 xalla səkkizinci pillədə qərarlaşıb.
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158069445641031965_1200x630.jpeg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/1715806944323638288_1200x630.jpeg)