AZ

Bakıda mağazada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

 FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
306
19
yeniazerbaycan.com

10Mənbələr