AZ

RUSİYADAN GERİ ÇAĞIRILAN ALMANİYA SƏFİRİ MOSKVAYA QAYIDACAQ

Berlinə məsləhətləşmələr üçün geri çağırılan Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorff yaxın vaxtlarda Rusiya Federasiyasına qayıdacaq.

Tezadlar.az bildirir ki, bu barədə Almaniyanın Rusiya paytaxtındakı səfirliyindən məlumat verilib.

Mayın 6-da Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Lambsdorffun Moskvadan geri çağırıldığını elan edərək, səfirin “bir həftə” Berlində qalacağını qeyd edib.

“Səfir yaxın vaxtlarda Moskvaya qayıdacaq”, - deyə diplomatik missiya müvafiq sualı cavablandırıb.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, ölkənin xarici işlər naziri Annalena Barbock Almaniya Sosial Demokrat Partiyasının və bir neçə alman şirkətinin resurslarına kiberhücum etməkdə Rusiyaya qarşı ittihamlarla əlaqədar Lambsdorffu məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Almaniyanın səfiri geri çağırması Berlinin növbəti qeyri-dost addımıdır və kiberhücum ittihamları ilə bağlı “həmişə olduğu kimi heç bir sübut təqdim edilməyib”.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
21
tezadlar.az

10Mənbələr