AZ

"Jirona" Çempionlar Liqasına buraxılmaya bilər

Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan "Jirona" turnirə buraxılmaya bilər.

"Unikal" "The Times"ə istinadən xəbər verir ki, UEFA-nın reqlamentinə əsasən bir sahibkara məxsus olan komandalar eyni turnirdə iştirak edə bilməz. “Jirona” və “Mançester Siti” isə eyni – “City Football Group” holdinqinə məxsusdur.

Holdinqin "Mançester Siti"dəki payı 100, "Jironada"kı payı isə 47 faizdir. UEFA “City Football Group”dan tələb edib ki, klublardan birindəki payını 30 faizdən aşağı salsın. Xəbərdə bildirilib ki, qaydalara əməl olunmasa, "Jirona" Avropa Liqasına düşəcək.

Qeyd edək ki, "Jirona" La Liqanın 36 turundan sonra 75 xalla üçüncü pillədə qərarlaşıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
unikal.az

10Mənbələr