AZ

“Parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər” – Aqil Abbas

“Parlament seçkilərinin erkən keçirilməsinin noyabrda Bakıda gözləniləcək COP29 tədbirindən başqa heç bir səbəbi yoxdur”.

Bunu "Turan"a açıqlamasında deputat Aqil Abbas bildirib.

"Seçkilər qanunla noyabrın əvvəlində olmalıdır, amma noyabrda böyük tədbirlər var. Həm də dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər", - o əlavə edib.

Deputat qeyd edib ki, seçkilərdən iki ay əvvəl prezident tərəfindən bununla bağlı sərəncam imzalanır: "Bunun isə nə vaxt olacağını deyə bilmərəm. O mənim səlahiyyətim çərçivəsində deyil".

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
7
azpolitika.info

8Mənbələr