AZ

Xidmət rəisi Masallıda vətəndaşlarla görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 15-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşlarla görüşüb.

Dövlət Xidmətindən "Operativ Media"ya  bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Görüşdə 29 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar şəhid və şəhid ailəsi statusunun verilməsi, SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi görüşdə hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
22
operativmedia.az

10Mənbələr