AZ

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi AÇIQLANDI

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61,3 milyon manat güzəştli kredit verib.

Bizim.Media xəbər verir ki, bunu Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.

Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: "Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur".

N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. 

Verilmiş kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43 %-i sənaye məhsullarının istehsalı və emalı, 5,5 %-i xidmət sahələri, 4,5 %-i turizmin inkişafı layihələrinə yönəldilib. 

Güzəştli kreditlərin 72 %-i regionların, 28 %-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
bizim.media

10Mənbələr