Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb.

Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil.

Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb.

Mənbə: Amu TV