AZ

Rusiya XİN-dən Bayramov-Mirzoyan görüşünə REAKSİYA

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində keçirilən sülh müqaviləsi üzrə danışıqları alqışlayır.

 

Modern.az xəbər verir ki, bunu News.ru-ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

Qeyd edək ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

 

Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
50
modern.az

10Mənbələr