AZ

Ukrayna PUA-ları hücum etdi: “Taliban” rəsmiləri uça bilmədi

“Taliban” təşkilatının nümayəndə heyəti mayın 15-i çərşənbə günü səhər Tatarıstan Respublikasına hücum edən pilotsuz təyyarə səbəbindən Kazana vaxtında uça bilməyib.

Publika.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Mənbənin sözlərinə görə, onların təyyarəsi saat 08.45-də Moskvadan respublika paytaxtına uçmalı idi, lakin hələ də gecikir.

Rusiyada qadağan olunmuş “Taliban” hərəkatının nümayəndələri mayın 19-dək davam edəcək “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq forumunda iştirak edəcəklər. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, səhər saat 7.30 radələrində hava hücumundan müdafiə qüvvələri Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub.

“Rosaviasiya” Kazan və Nijnekamsk hava limanlarının fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
14
publika.az

10Mənbələr