AZ

Liftdə və mənzildə köməksiz vəziyyətdə qalanlar xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə köməksiz vəziyyətdə qalma barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Mingəçevir şəhərində isə 2 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasetmə prosesinə FHN-nin  Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub. Nəzarətsiz qalmış uşaqların xilası təmin edilib.

Bakı şəhərinin Nəsimi rayonunda da 1 uşaq mənzildə bağlı qapı arxasında köməksiz qalıb. Bu barədə məlumat daxil olan kimi Xüsusi Riskli Xilasetmə Xidməti çağırış üzrə cəlb olunub və uşaq xilas edilib.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
xalqqazeti.az

9Mənbələr