AZ

İzmir sahillərində 160 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 160 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla sahillərində rezin qayıqlarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Hərəkətsiz vəziyyətdə olan 3 qayıqda 15-i uşaq olmaqla 98 qanunsuz miqrant qruplar tərəfindən saxlanılıb.

Qayıqlarda olan 3 şübhəli isə miqrant qaçaqmalçılığı iddiası ilə saxlanılıb.

İzmirin Foça sahillərində isə 2 rezin qayıqda 62 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
34
e-huquq.az

10Mənbələr