AZ

2024-cü ilin 4 ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlaraəsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisininistehsalı 9 248,6 mln. kVt·st olub.

Trend xəbər verir ki, bu dövrdə elektrik enerjisi istehsalıİES-lərdə 8 198,0 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünənisbətən 332,6 mln. kVt·st artımla 794,6 mln. kVt·st, digərmənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln.kVt·st artımla 255,9 mln. kVt·st. təşkil edib.

4 ay ərzində külək elektrik stansiyalarında 21,0 mln. kVt·st,günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st, Bərk MəişətTullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·stelektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASCüzrə 8 190,7 mln. kVt·st (İES-lərdə 7 444,9 mln. kVt·st, SES-lərdə745,8 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə132,9 mln. kVt·st (İES-lərdə 70,3 mln. kVt·st, SES-lərdə 44,0 mln.kVt·st, Günəş ES-də 18,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə küləkelektrik stansiyalarında 14,8 mln. kVt·st, müstəqil elektrikstansiyaları üzrə isə 910,1 mln. kVt·st təşkil edib.

Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln.kVt·st, ixracı isə 407,0 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında respublika üzrə elektrikenerjisinin istehsalı 2 108,5 mln. kVt·st olub. Bu ayda elektrikenerjisinin idxalı 17,9 mln. kVt·st, ixracı isə 48,5 mln. kVt·sttəşkil edib.

2024-cü
2024-cü
2024-cü
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
8
az.trend.az

9Mənbələr