AZ

Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılıhava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrıyerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa vəGədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm,Naxçıvanda 22 mm, Qəbələ, Şahbuzda 17 mm, Zaqatalada 16 mm, Şəkidə15 mm, Oğuz, Culfada 13 mm, Astara, Şərurda 12 mm, Lənkəranda 11mm, Gədəbəydə 10 mm, Daşkəsən, Göygöldə 9 mm, Şamaxıda 8 mm,Qobustan, Qax, Şəmkir, Sədərək, Ordubadda 7 mm, Gəncə, Tovuz,Yardımlı, Göyçay, İsmayıllı, Mingəçevir, Ağsu, Ceyrançöl, Kürdəmir,Tərtər, Beyləqan, Neftçala, Naftalan, Altıağac, Quba, Qusar,Ağstafa, Xaltan, Qrız, Şabran, Şahdağ, Yevlax, Zərdab, Cəfərxan,Biləsuvar, Bərdə, Cəlilabad, Ağdamda 6 mm-dək, Bakıda və Abşeronyarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Şamaxı,Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12,Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı havaşəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
49
az.trend.az

10Mənbələr