AZ

İngilis pişiyi saxlamağın hansı çətinlikləri var?

İngilis pişikləri ən populyar ev heyvanlarından biridir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onların xüsusi cazibədarlığı və gözəlliyidir.

Bəs, ingilis pişiklərində hansı çatışmazlıqlar var?

Bitkilərə nifrət 

Bir çox pişiklər ev bitkilərinə maraq göstərir. Çox vaxt dibçəkləri sındırır, gülləri əzirlər. Ancaq ingilis pişiklərində vəziyyət daha da mürəkkəbdir. Onlar daim çiçəkləri məhv etməyə çalışırlar. Ancaq düzgün təlimlə bu problemi aradan qaldırmaq mümkündür. 

İştah

Məhz bu cinsin nümayəndələri çox vaxt artıq çəki almağa meyllidirlər. Səbəb isə sadədir. Onlar yeməyi sevirlər və özlərinə nəzarətdə zəifdirlər. Bunun üçün də bir çox şeyi dağıtmağa meylli olurlar. 

Biganəlik

Bəzən ingilis cinsi pişiklərin sahibləri ev heyvanlarının onlara qarşı ən azı müəyyən hissləri olduğuna əmin ola bilmirlər. Bu cinsin nümayəndələrini tam olaraq mehriban adlandırmaq olmaz. Buna görə də onlara daim qayğı və sevgi göstərilməlidir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
milli.az

10Mənbələr