AZ

BMT baş katibi Putinə məktub yolladı

BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə prezident seçilməsi ilə bağlı təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

O, məktubun məzmununu açıqlamayıb, lakin qeyd edib ki, baş katib bu cür məktubları prezident seçilmiş liderlərə andiçmə mərasimindən sonra göndərir.

Qeyd edək ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
3
teleqraf.com

10Mənbələr