AZ

Naxçıvanda intensiv yağışlar səbəbindən evləri, obyektləri su basıb - FOTO VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri və digər ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.


FHN-in Mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.


Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
27
missiya.az

10Mənbələr