AZ

Minimum əmək haqqı bu tarixdən artırılacaq- MÜHÜM AÇIQLAMA

COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir.Artımı miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaqdır.

Məsələ ilə bağlı  News365.az  -a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bəzi ehtimalllarını dilə gətirib:

Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə, düşünürəm ki, bu əsasən infilyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlanmışdır.

Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir.

Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə infilyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % infilyasiya qeydə alınıb.

Odur ki, infilyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntım 370-400 manat intervalının yuxarı sərhədləridir.

Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
298
50
news365.az

10Mənbələr