AZ

Ançelottidən Arda sürprizi - Plan dəyişdi

Arda Gülərin "Real Madrid"in çempionluğu təmin etməsindən sonra ilk 11-likdə yer alması və dəqiqələrini məhsuldar keçirməsi baş məşqçi Karlo Ançelottinin planlarını dəyişib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Karlo Ançelotti növbəti mövsümdə də Arda Güleri komandada saxlamağa qərar verib. "Real Madrid"ə yaxın mənbələrin məlumatına görə, Arda soyunub-geyinmə otağında da çox sevilir və komanda yoldaşları tərəfindən məmnunluqla qarşılanır. Bildirilir ki, səkkizinci Liqa matçında üçüncü qolunu vurmağı bacaran Arda Ançelottinin gələcək planlarında özünə yer tapmağı bacarıb.

Qeyd edək ki, Arda Güler "Qranada" ilə oyunda fərqlənmişdi. İspaniya mediası futbolçunun oyununu tərifləmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
28
milli.az

10Mənbələr