AZ

“Mançester Yunayted”in futbolçusu komandadan ayrılacaq

İngiltərənin “Mançester Yunayted” klubu Rafael Varanın komandadan ayrılacağını açıqlayıb.

“Report” "qırmızı-şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonu müqaviləsi başa çatan 31 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, təcrübəli futbolçu Mançester təmsilçisinə 2021-ci ildə İspaniyanın “Real” (Madrid) klubundan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
32
report.az

10Mənbələr