Mayın 15-də Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Belə ki, 2023-cü il sentyabrın 18-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumatlar:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Ödəmə periodu | Hərrac tarixi | Tədavül müddəti |
AZ2005003556 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 100 000 (ədəd) | 100 manat | 9.5% | Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün) |
15.05.2024 | 2 il |
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.