AZ

Mbappe ən yaxşı seçildi

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Futbolçular və Məşqçilər İttifaqının versiyasına görə Liqa 1-də mövsümün ən yaxşı oyunçusu seçilib.

Offsideplus.az xəbər verir ki, bu mövsüm 25 yaşlı fransız Fransa çempionatında 29 matçda 27 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu mövsüm Mbappe üçün Liqa 1-də sonuncu ola bilər. Forvard daha əvvəl bu yay PSJ-dən ayrılacağını açıqlayıb.

Kilianın növbəti klubunun "Real Madrid" olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
offsideplus.az

10Mənbələr