AZ

Minimum əmək haqqı nə qədər arta bilər? – “700 mindən çox vətəndaşı əhatə edəcək...”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq, noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.

Bəs minimum əmək haqqı nə qədər arta bilər?

İqtisadçı deputat Vüqar Bayramov xatırladır ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq, 345 manat olub. Onun sözlərinə görə, bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. İqtisadçı hesab edir ki, minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi.

Deputat xatırladır ki, 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. “Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir”, - o qeyd edib.

V.Bayramovun sözlərinə görə, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. “Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”, - millət vəkili vurğulayıb./AzPolitika.info/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
turkustan.az

10Mənbələr